
1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə Xəzər Dəniz Gəmiçiliyinin əsasının qoyulmuşdur.
Vakansiya və digər elanlar
1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə Xəzər Dəniz Gəmiçiliyinin əsasının qoyulmuşdur.
1866-cı ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulmuşdur.
1873-cü dünyada ilk neftdaşıyan “Aleksandr” barjı Xəzər dənizində istismara verilmişdir.
1878-ci ildə dünyada ilk tanker (“Zoroastr”adlı) Xəzər dənizində istismara verilmişdir.
1881-ci donanmanın kadrlara olan tələbatını ödəmək məqsədi ilə Bakı Dənizçilik sinifləri təşkil edilmişdir.
1903-cü ildə ilk daxiliyanma mühərrikli “Vandal” gəmisi Xəzər dənizində istismara verilmişdir.
1949-cu ildə “Azərneft” birliyinin tərkibində “Üzən vasitələr” idarəsinin yaradılması ilə Xəzər Dəniz Neft Donanmasının təməli qoyulmuşdur.
1960-cı ildə Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa - Balt kanalı vasitəsilə dünya sularına çıxmışdır.
1962-ci ildə Xəzərdə ilk gəmi-bərə keçidi istifadəyə verilmişdir (Bakı-Türkmənbaşı)
1966-cı ildə dünyada ilk nəhəng katamaran tipli kran gəmisi (“Koroğlu”) Xəzərdə istismara verilmişdir.
1975-1985-ci illərdə Nəqliyyat donanması üçün yeni tankerlər, universal quru yük gəmiləri və bərələr alınmış və tikintisi həyata keçirilmişdir.
1980-ci illərdə Neft donanması üçün yeni gəmilərin tikilməsi və bu donanmanın zənginləşməsi dövrü olub.
2004-cü ildə Xəzərdə ilk 13000 tonluq tanker (“Prezident Heydər Əliyev”) istismara verilmişdir.
2013-cü il Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması tarixidir.
Beynəlxalq sularda da fəaliyyət göstərərək üçrəngli bayrağımızı öz gəmilərində şərəflə dalğalandıran, müxtəlif yerli və xarici partnyorlarla əməkdaşlıq edən, şanlı tarixinin 160 illinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyub. Belə ki, 2018-ci il 22 oktyabr tarixindən şirkət fəaliyyətini ASCO adı ilə davam etdirir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Laçın" adlı ilk neft tankeri 2019-cu il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib.
(012) 404 39 00
AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152