Gəmi təmiri və tikintisi
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Yüksəkixtisaslı mütəxəssislərin peşəkarlığı ilə bu sahədəki təcrübəmizin vəhdəti, bizə hər növ mürəkkəb təmir işləri və əməliyyatların yerinə yetirilməsinə imkan verir.
Üzən tərsanə və sahildə təmir imkanlarına malik olan “Bibiheybət” Gəmi Təmiri və “Zığ” Gəmi Təmiri və Tikintisi zavodları bütün növ gəmiləri yüksək keyfiyyətlə təmir edir.
Gəmi təmiri xidmətlərimizə daxildir:
- Gəmilərin doka qaldırılması, yoxlanılması, sualtı səthinin, sükanın və vintlərin təmizlənməsi və rənglənməsi;
- Gəmi sistemlərinin, avadanlıqlarının və cihazlarının sazlanması və təmiri;
- Elektrik və radionaviqasiya avadanlıqlarının təmiri və sazlanması;
- Mühərrik və avadanlıqların quraşdırılması və təmiri;
- Dalğıc, su altında mühəndislik və hidro-texniki işlər;
- Hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmiri;
- Digər növ texniki xidmətin göstərilməsi.
- Ən böyük tərsanənin yükqaldırma qabiliyyəti 15000 tondur.
- Tərsanə donanmamıza daxil olan 6 ədəd dokun ümumi yükqaldırma qabiliyyəti 44500 tondur.