“Azərbaycan Dəniz Gəmiçiliyi” QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir. Dənizdə neft hasilatı ilə bağlı işlərin təmin edilməsi üçün “ADG” QSC-nin sərəncamında 188 gəmi, o cümlədən 21 kran, 22 təchizat-yedək, 29 sərnişin, 2 borudüzən, 11 dalğıc, 7 yanğınsöndürən, 5 mühəndis-geoloji, 7 liman-yedək gəmisi və 84 xidməti və köməkçi gəmi vardır:

Kran gəmiləri – 25 tondan 2500 tonadək yükqaldırma qabiliyyətli kranların quraşdırıldığı gəmilər;

Təchizat-yedək gəmiləri – özü hərəkətetməyən gəmilərin, üzən qazma qurğularının, stasionar platformaların yedəyə alınmasını, dəniz özülləri və qazma qurğularını yanacaq-sürtkü materialları, içməli su, ərzaq məsulları və s. ilə təmin edən universal gəmilər;

Sərnişin gəmiləri – neftçiləri Neft Daşlarına, Bakıdan uzaq məsafədə yerləşən dəniz özüllərinə daşıyan 600 yerlik sərnişin gəmiləri və sahil rayonlarında növbənin dəyişdirilməsini təmin edən kiçik sərnişin katerləri;

Borudüzən gəmilər – dənizin 300 metrədək dərinliyində sualtı boru kəmərlərinin çəkilişini və təmirini həyata keçirən gəmilər;

Dalğıc gəmiləri – 300 m dərinliyə enə bilən dalğıc qurğulu gəmilər və dalğıc katerləri;

Yanğınsöndürən gəmilər – neft-qaz hasilatı və qazma rayonlarında yanğından mühafizə xidmətini həyata keçirən gəmilər;

Tankerlər – içməli suyun, metanolun, yanacaq-sürtkü materiallarının daşınmasını təmin edən gəmilər;

Barjlar – 2000 tondan 15000 tonadək yükgötürmə qabiliyyətinə malik üzən vasitələr.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet