Liman və agent xidmətləri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində “Zığ” Quru Yük Limanı fəaliyyət göstərir. Limanın əsas məqsədi xidmətlərin göstərilməsində qabaqcıl texnika və texnologiyaları tətbiq etməklə Cəmiyyətə məxsus quru yük limanının fəaliyyətinin təşkili, istismarı və idarə olunması, ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması, habelə digər müvafiq liman xidmətlərinin göstərilməsindən ibarətdir.

Bundan başqa, “Zığ” Quru Yük Limanının tabeliyində “İnflot” dəniz agentliyi fəaliyyət göstərir. Burada əsas məqsəd Azərbaycan Respublikasının dəniz  limanlarına gəmilərin gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiləşdirmələrin həyata keçirilməsindən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin müvafiq orqan və təşkilatlarda təmsil edilməsindən və onların adından maliyyə tapşırıqlarının yerinə yetirilməsindən ibarətdir.

Rəhbərlik:

Rəis müavini: Samir Mahmudəkrəm oğlu Hümbətov

Əlaqə: (012) 404-38-64 (daxili 3101)

Mail: Samir.Humbatov@acsc.az

____________________________________________________

İqtisadiyyat və uçot şöbəsinin rəisi: Samir Şamil oğlu Şərbətov

Əlaqə: (012 ) 404-38-67 (daxili  3105)

Mail: Samir.Sharbatov@acsc.az

 

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet