Quru yük daşımaları

“AXDG” QSC-nin 7 ədəd “Kareliya” tipli “Üzeyir Hacıbəyli”, “Natəvan”, “Hüseyn Cavid”,  “Şair Sabir”,  “Şair Vaqif”,  “General Aslanov”,  “Rəsul Rza” universal quru yük gəmiləri  Xəzərdənkənar sularda fəaliyyət göstərir. Bununla yanaşı 2 ədəd “Teymur Əhmədov” tipli, habelə “Maestro Niyazi” və “Mahmud Rəhimov” gəmiləri də cəlb olunmuşdur. Gəmilərin işlədiyi əsas istiqamətlər Bakı – Türkmənbaşı – Bakı, Bakı – Aktau –Bakı, Bakı – Əmirabad – Bakı, Bakı – Aktau – Əmirabad, Aktau – Əmirabad – Aktau, Aktau – Əmirabad – Bakı xətləridir. Bu istiqamətlərdə taxıl, sement, konteyner, klinker, boru, polipropilen, dəmir qırıntısı və s. daşınır.

Xəzərdənkənar  fəaliyyət göstərən gəmilər Rusiya – İtaliya, Rusiya – Misir, Ukrayna – Kipr, Rusiya – Türkiyə, Bolqarıstan – Kipr, Ukrayna – İsrail, Rusiya – Yunanıstan  limanları marşrutu üzrə hərəkət edir. Bu istiqamətlər taxıl, dəmir, kübrə və s. daşınır.

“Nizami” tipli gəmilər əsasən İran İslam Respublikasının Əmirabad limanından Bakı limanına klinker yükünün daşınmasında, “Teymur Əhmədov” tipli gəmilər, “Maestro Niyazi” və “Mahmud Rəhimov” gəmiləri Qazaxıstan Respublikasının Aktau limanından Əmirabada taxil yükünün və Əmirabad limanından Aktauya sement və Bakıya klinker yükünün daşınmasında iştirak edir. Boru yükləri Aktau – Bakı, konteynerlər isə Bakı – Türkmənbaşı istiqamətlərində daşınır.

 Maye yük daşımaları

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyini qoruyub saxlayan donanmalardan biridir. Hövzədə öz rolunu və yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmamız son illərdə yeni gəmilərlə zənginləşir. 2003-cü ildən etibarən 2 ədəd 8000 tonluq “Xocavənd” gəmisi, 2 ədəd 7000 tonluq Gəncə tipli “Gəncə” və “Professor Əziz Əliyev” gəmiləri, 1 ədəd 12000 tonluq “Cabbar Həşimov” və 7 ədəd 13000 tonluq “Prezident Heydər Əliyev” tipli tankerlərlə nəqliyyat donanmasının yükdaşıma qabiliyyəti artırılmışdır. Gələcək illərdə tanker donanmasının daha da yeniləndirilməsi planlaşdırılır. Maye yük daşıyan gəmilərimiz Aktau (Qazaxıstan), Türkmənbaşı, Alaca, Oğuzxan, Kiyanlı (Türkmənistan), Mahaçqala (Rusiya), Ənzəli, Nouşəhr, Neka, Fereydun – Kənar, Əmirabad (İran) limanlarından yüklərin idxal və ixracını həyata kecirir. Yükdaşımaların əksər hissəsi Aktau – Bakı (Dübəndi, Səngəçal) və Türkmənistan – Bakı (Dübəndi, Səngəçal) istiqamətlərində nəql edilən neft və neft məhsullarının payına düşür. Böyük İpək yolunun bərpası və “Əsrin müqaviləsi”nin nəticəsi olan ”Bakı – Tbilisi – Ceyhan” neft boru kəmərinin işə düşməsi yuxarıda göstərilən istiqamətlərdə daşınan maye yüklərin həcminin sürətlə artmasına səbəb olmuşdur.

Bərə və Ro-Ro daşımaları

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər hövzəsində gəmi-bərə donanmasına malik olan yeganə şirkətdir. Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizində dəmiryol vaqonları və sərnişinlər, eləcə də avtomobillər 7 ədəd “Dağıstan” tipli (28 vaqon götürən) bərələr, 4 ədəd “Akademik Zərifə Əliyeva” tipli (52 vaqon götürən), 2 ədəd “Bərdə” tipli (54 vaqon götürən) Ələt – Kurık – Ələt, Ələt – Aktau-Ələt, və Ələt – Türkmənbaşı – Ələt, habelə 2 ədəd “Bəstəkar Qara Qarayev” tipli Ro-Ro gəmiləri ilə Bakı-Aktau-Bakı, Bakı-Türkmənbaşı-Bakı istiqamətlərində daşınır. Daşınan yüklər əsasən neft və neft məhsulları, ərzaq və kənd təsərrüfatı məhsulları, tikinti materialları və s. ibarətdir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet