ASCO-nun fəaliyyət sahələrinin prioritet istiqamətlərinə uyğun olaraq xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə ASCO-nun 2017-ci il 16 noyabr tarixli 181 nömrəli əmri ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xaricdə təhsil üzrə Təqaüd Proqramı haqqında Qaydaları” təsdiq olunmuş və Təqaüd Proqramı Komissiyası yaradılmışdır. Təqaüd Proqramı çərçivəsində ASCO tərəfindən gənclərin bakalavriat və magistratura pilləsi üzrə təhsilləri maliyyələşdirilir. Təqaüd Proqramı Komissiyası tərəfindən ASCO-nun fəaliyyət sahələri ilə bağlı olaraq onun tələbatına uyğun prioritet sahələr nəzərə alınmaqla, xarici universitetlərin və xarici təhsil vacib olan ixtisasların siyahısı hazırlanır və ASCO sədri tərəfindən təsdiq olunduqdan sonra hüquqi qüvvəyə minir. Təqaüd Proqramı çərçivəsində yalnız təsdiq olunmuş siyahıdakı ali təhsil müəssisələrində və təhsil pillələri, ixtisaslar üzrə təhsil maliyyələşdirilə bilər. Təqaüd Proqramı çərçivəsində aspirantura və doktorantura pillələri, bakalavrqabağı və magistrqabağı dil və ya hazırlıq kursları üzrə təhsil maliyyələşdirilmir. Təqaüd Proqramı üzrə seçim müsabiqə yolu ilə aparılır. Təqaüd Proqramı üzrə müsabiqədə əsasən Azərbaycan Dövlət Dəniz Akademiyasını və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecini bitirmiş və ya həmin təhsil müəssisələrində təhsil alan gənclər iştirak edə bilərlər. Müstəsna hallarda və xüsusi tələbat yarandıqda ASCO sədrinin qərarı əsasında digər ali təhsil məktəblərinin məzunları, habelə orta təhsilli gənclər də belə müsabiqələrdə iştirak edə bilərlər. Təqaüd Proqramı üzrə müsabiqə barədə ASCO-nun rəsmi internet səhifəsində (və ya zərurət yarandıqda digər KİV-lərdə) müvafiq elan verilir və həmin elanda müsabiqədə iştirakla bağlı tələblər barədə məlumat yerləşdirilir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet