Vətən Müharibəsində iştirak edərək yaralanan dənizçilər ziyarət olunub

19.11.2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisinin ikinci mexaniki Dəryanur Heybətov və Xəzər Dəniz Neft Donanmasının “General Əsədov” gəmisinin motorçusu Qabil Sadıqov Vətən Müharibəsində adını tarixə yazdıran qəhrəmanlardandır.

Hər iki dənizçi haqq savaşında igidliklə döyüşərək yaralanıblar və hazırda müalicə olunurlar.

ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə Dəryanur Heybətov və Qabil Sadıqovu qurum nümayəndələri ziyarət ediblər.   Həmkarları onların sağlıq durumu ilə maraqlanaraq, dənizçi kollektivi adından yaralı hərbçilərimizə təşəkkürlərini və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıblar.

Ziyarət zamanı Vətən Müharibəsində yaralanan dənizçilər Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycan Ordusunun şanlı tarix yazdığını qeyd ediblər. Onlar özlərini yaxşı hiss etdiklərini, dövlətin, eləcə də tibb kollektivinin qayğısı ilə əhatə olunduqlarını ifadə ediblər. Dənizçilər göstərilən diqqətə görə ASCO ailəsinə minnətdarlıqlarını bildiriblər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet