ASCO-nun ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2014-cü il 213 nömrəli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) fəaliyyətinin təşkili haqqında” Sərəncamına əsasən ASCO üzərində ümumi yığıncağa aid olan səlahiyyətləri aşağıdakı dövlət orqanları həyata keçirirlər:

Azərbaycan Respublikasının Prezidenti:

  • ASCO sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
  • ASCO-nun yenidən təşkili və ləğvi barədə qərarların qəbul edilməsi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • ASCO-nun Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
  • ASCO-nun inkişaf istiqamətlərinin müəyyən edilməsi;
  • ASCO-nun illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
  • ASCO-nun xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri ASCO-nun aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet