“Təhlükəsizlik Günü” keçirilib

22.11.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Təhlükəsizlik Günü” keçirilib.

Tədbirdə 2019-cu ilin üçüncü rübü ərzində ASCO-da işçi qüvvəsi və iş saatı, qeydə alınmış və yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə danışılıb. Bununla yanaşı, donanmalar və idarələrdə 2019-ci ilin ötən dövrü üzrə KSƏTƏMM statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Toplantıda Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edib. O,  cari ilin üçüncü rübündə TKİS-də edilmiş dəyişikliklər, təhlükəsizlik bülletenləri və SƏTƏMM təlimləri barədə ətraflı məlumat verib. Departament rəisi görülən işlərlə bərabər qarşıdakı hədəflərdən danışıb.  

“Təhlükəsizlik Günü”ndə III rüb ərzində əmək fəaliyyəti zamanı bütün təhlükəsizlik qaydalarına əməl edən ASCO-nun müxtəlif strukturlarında çalışan əməkdaşlara xüsusi hədiyyələr verilib.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet