“Yaxt Klub” Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasında əsas məqsəd yelkənli qayıqlar üzrə idman işinin və yarışların təşkili, balansında olan və ya istifadəsinə (idarəçiliyinə) verilmiş mehmanxana, restoran, kafe və istirahət parkının fəaliyyətinin təmin edilməsi, o cümlədən mehmanxana, servis, iaşə xidmətlərinin göstərilməsi, kütləvi tədbirlərin idarə edilməsindən ibarətdir.

MMC-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

– təsisçi tərəfindən təsdiq olunmuş qiymət tarifləri əsasında və müəyyən edilmiş qaydada yelkən idmanı üzrə, habelə mehmanxana, restoran, kafe, istirahət parklarında müxtəlif növ xidmətlərin göstərilməsi;

– yelkən idmanının inkişafının təmin edilməsi, yelkənli qayıqların (qayıq, yaxta və s.) idarə olunması və onlara müvafiq xidmətlərin (o cümlədən körpüdə dayanma ilə bağlı xidmətlərin) göstərilməsi;

– yelkən idmanı üzrə turizm layihələrinin təşkili, bu idman növündə təlimlərin keçirilməsi;

– mehmanxana (otel) xidmətlərinin göstərilməsi və mehmanxana təsərrüfatının müasir tələblər səviyyəsində idarə edilməsi;

– mədəni-kütləvi tədbirlərin, yarışların və sərgilərin keçirilməsinin təşkili, habelə servis xidmətlərinin göstərilməsi;

– ictimai iaşə obyektlərinin idarə edilməsi və bu sahə üzrə xidmətlərin beynəlxalq standartlara və qüvvədə olan normalara uyğun təşkili;

– balansında (sərəncamında) olan obyektlərdə istirahət və əyləncə tədbirlərinin təhlükəsiz və müvafiq normalar çərçivəsində təşkili.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet