1930-cu ildən fəaliyyət göstərən  “Xəzərdənizlayihə ETİ” bərə əlaqəsinin inkişafına layiqli töhfəsini verib. İnstitutun layihələri əsasında Bakı, Türkmənbaşı, Bekdaş limanlarında bərə kompleksləri, Saxalin adasını materiklə birləşdirən Vanino – Xolmsk, İliçevsk – Varna (Ukrayna – Bolqarıstan), Klaypeda – Mukran (Litva – Almaniya) bərə keçidləri yaradılıb. Bundan başqa, əməkdaşları  müxtəlif illərdə Suriya, Liviya, İran, Bolqarıstan və Əfqanıstanda tədqiqat və layihə işləri aparıblar.

Hazırda institutda Xəzər Dəniz Neft Donanması üçün yeni gəmilər layihələndirilir. Belə ki, institut tərəfindən 300kVt gücə malik olan təchizat katerinin, dənizin dərinliyi 60m qədər olan sahələrdə işləmək üçün dalğıc katerinin və sahilyanı dəniz neft obyektlərinə işçiləri daşımaq üçün nəzərdə tutulan  70 nəfərlik sərnişin katerinin layihələri uğurla icra olunur.

Layihələndirilən gəmilərin müasir tələblərə cavab verməsinə xüsusi diqqət yetirilir. Yeni proqram təminatları tətbiq olunan institutda layihələr 3D formatında icra olunur. Tətbiq olunan proqramlar arasında “SEA SOLUTİON” (layihələndirilən gəmilərin səthlərinin 3D formatında riyazi modelini formalaşdırır), “SEA Hydro” (layihələndirilən gəminin hidrostatik xüsusiyyətlərini və dayanıqlığını müəyyənləşdirir), “EBrus” (layihələndirilən gəminin konstruksiyalarının möhkəmliyinin hesablanmasını təmin edir), “CADMATİC” (gəminin 3D formatında modelini formalaşdırır və gəminin tikilməsi üçün tələb olunan texniki sənədləri hazırlamağa imkan verir) var.

Bundan başqa, institutun kollektivi sahildə hidrotexniki qurğuların layihələndirilməsi və təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması ilə məşğuldur.

İnstitut Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, “Rusiya Dəniz Gəmiçiliyi Registri”nin,  “Azərbaycan Dəniz Gəmiçiliyi Registri”nin müvafiq şəhadətnamələrinə, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin lisenziyasına malikdir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet