“Dənizçilər poliklinikası” MMC tibbi fəaliyyətlə məşğul olan çoxprofilli müalicə-profilaktika müəssisələri kimi ASCO-nun bütün işçilərinə və onların ailə üzvlərinə, habelə kənar şəxslərə yüksək ixtisaslı diaqnostik, ambulator-poliklinik və stasionar yardım göstərilməsi üçün yaradılıb.

MMC-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır.

– təsisçi tərəfindən təsdiq olunmuş qiymət tarifləri əsasında və müəyyən edilmiş qaydada təsisçinin və onun tabeliyində olan müəssisə və təşkilatların işçilərinə, işçilərin ailə üzvlərinə (ər, arvad, valideyn, övlad), habelə kənar şəxslərə ödənişli tibbi xidmətlərin göstərilməsi;

– növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası sahə üzrə nazirlik tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi;

– qaydası sahə üzrə nazirlik tərəfindən müəyyən edilən ilkin tibbi-sanitariya yardımının göstərilməsi;

– orqanizmin funksiyalarının davamlı pozulması nəticəsində həyat fəaliyyətinin məhdudlaşmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə tibbi-sosial ekspert komissiyalarına göndəriş verilməsi;

– insanın ölüm anının təsdiq edilməsi;

– dənizçilərə tibbi sertifikatın (şəhadətnamə) verilməsi;

– dənizçilik sahəsi üzrə beynəlxalq müqavilələrin və aktların tələblərinin həyata keçirilməsi üzrə tədbirlərin görülməsi;

– qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarının götürülməsi;

– ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma aparılması;

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının həyata keçirilməsi və müvafiq sənədin verilməsi;

– müasir kompleks terapiya üsullarından istifadə etməklə müalicələrin aparılması;

– işçilərin səhhətinin pozulması ilə əlaqədar başqa işə keçirilməsinə rəy verilməsi və sair.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet