“Zığ” Quru Yük Limanın yaradılmasının əsas məqsədi ASCO-ya məxsus quru yük limanının fəaliyyətinin təşkili, istismarı və idarə olunması, ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması və tabeliyində olan aidiyyəti struktur bölmə vasitəsi ilə agentlik, habelə digər müvafiq liman xidmətlərinin göstərilməsindən ibarətdir.

Limanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

– yedək əməliyyatlarının aparılması işlərini təşkil edir;

– liman akvatoriyasında gəmilərin təhlükəsiz üzmələrinin təmin edir;

– limanda aşırılan yüklərin təhlükəsizliyinin təmin olunması və yedək əməliyyatlarının vaxtlı vaxtında və keyfiyyətlə aparılmasını təşkil edir;

– ASCO-ya məxsus müvafiq gəmilərlə daşınan nəqliyyat vasitələri və sərnişinlər üçün biletlərin satışını həyata keçirir;

– təsdiq olunmuş qiymətlərə uyğun olaraq nəqliyyat vasitələrinin ölçülməsi və ölçülərə uyğun biletlərin satışını həyata keçirir;

– beynəlxalq, yerli və tranzit daşımalar zamanı, o cümlədən limanın sərhədləri daxilində yükün yerdəyişməsi və texnoloji yığımı, yaxud texnoloji yığım aparılmadan yükün və (və ya) baqajın bir nəqliyyat növündən başqa nəqliyyat növünə yüklənməsi üzrə xidmətləri və ya işləri yerinə yetirir;

– limanın infrastruktur obyektlərinin təhlükəsiz istismarını həyata keçirir;

– sanitar-texniki və yanğından mühafizə tələblərinin yerinə-yetirilməsini təmin edir;

– “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərini yerinə yetirir;

– ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görür və fəaliyyətində mütərəqqi iş üsullarını tətbiq edir;

– qanunvericiliklə qadağan olunmayan digər müvafiq liman xidmətlərini göstərir;

– müvafiq gəmi kapitanları ilə yerli orqanlar (qurumlar) arasında əlaqələrin yaradılması işlərini təşkil edir;

– gəmilərin limana yaxınlaşması və onların qəbul edilməsi barədə aidiyyəti qurumlara və müştərilərə məlumat verir;

– gəminin limanda təchiz olunması və ona müvafiq xidmətlərin göstərilməsini təşkil edir;

– gəmi sahibini (fraxt edəni və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsi) müvafiq orqan və təşkilatlarda təmsil edir;

– gəmi səhibinin adından maliyyə tapşırıqlarını icra edir;

– Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və liman haqqında qüvvədə olan qanunvericiliyi ilə, habelə beynəlxalq aktlarla gəmi kapitanlarını tanış edir;

– gəmi sahiblərinə və digər aidiyyəti təşkilatlara gəmilərin dayanma mövqeyi və yükləmə əməliyyatlarının gedişi haqqında lazımi məlumatları verir;

– sifarişə əsasən gəmidən təmirə ehtiyacı olan bir sıra avadanlıqların vaxtında çıxarılması, təmir olunacaq ünvana çatdırılması və yenidən gəmiyə qaytarılması ilə bağlı müvafiq xidmətləri yerinə yetirir və ya təşkil edir və sair.

Rəhbərlik:

Rəis müavini: Samir Mahmudəkrəm oğlu Hümbətov

Əlaqə: (012) 404-38-64 (daxili 3101)

Mail: Samir.Humbatov@acsc.az

____________________________________________________

İqtisadiyyat və uçot şöbəsinin rəisi: Samir Şamil oğlu Şərbətov

Əlaqə: (012 ) 404-38-67 (daxili  3105)

Mail: Samir.Sharbatov@acsc.az

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet