“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir. Zavod həmçinin gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, dalğıc və sualtı hidrotexniki işləri, gəmilərin doka qaldırılaraq, sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmirini, ASV tipli izolyasiya edən nəfəs aparatlarına texniki xidmət göstərilməsini və həmin aparatların təmirini həyata keçirir.

Zavodun strukturuna Mexaniki-təmir, Gövdə-qaynaq, Tərsanə, Təmizləmə-rəngləmə bölmələri, Enerji-mexaniki xidmət, Ağac emalı, Tökmə və Elektrik-quraşdırma sahələri daxildir.

Direktor: Mikayılov Rəfail Qərib oğlu

Ünvan: AZ1027, Bakı şəh, Zığ şossesi, məhəllə 2236

Telefon: (+994 12) 379 03 12

Faks: (+994 12) 379 03 12

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet