İstehsalat Xidmətləri İdarəsinin fəaliyyəti “AXDG” QSC-yə və onun tabeçiliyindəki qurumlara müxtəlif növ istehsalat xidmətlərinin, o cümlədən nəqliyyat, təmir-tikinti, mühafizə, ərzaq təminatı, tikiş  xidmətlərinin göstərilməsi ilə  bağlıdır.

İdarə “AXDG” QSC-yə məxsus olan bütün istehsalat obyektlərinin nəqliyyat vasitələri ilə təmin edilməsini və bu məqsədlə sözügedən vasitələrin vaxtında və keyfiyyətli təmirini, onlara texniki xidmətin göstərilməsini, obyektlərin təmirqabağı müayinə edilməsini, qüsur aktlarının və yerli smetaların tərtib edilməsini,  tikinti üçün cari və perspektiv planların hazırlanmasını və əsas istehsal fondlarının istismara verilməsini, tikinti və təmir obyektlərinin layihələndirilməsi üçün tapşırıqların tərtib edilməsini və onların müvafiq təşkilatlarla razılaşdırılmasını,  təmiri və ya tikintisi başa çatmış obyektlərin qəbul edilməsini, “AXDG” QSC-yə və onun tabeçiliyindəki qurumlara məxsus olan bütün əmlak və istehsalat obyektlərinin fasiləsiz mühafizəsini, habelə obyektlərə giriş-çıxışın müəyyənləşdirilmiş qaydada olmasına nəzarəti  həyata keçirir.

İdarənin strukturuna Tikinti-quraşdırma və Nəqliyyat bölmələri,  Hərbiləşdirilmiş Mühafizə Xidməti, Yelkənli Qayıqlar İdman Kompleksi, Ərzaq Təchizatı Bazası və Tikiş sahəsi daxildir.

Rəis: Xəlilov Faiq Səməd oğlu

Ünvan: AZ 1027, Bakı şəh., Zığ şosesi, məh. 2962

Telefon: (+994 12) 404 38 00

E-mail: ixi@acsc.az

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet