Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.

Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.

Rəis: Çingiz Səfərov

Ünvan: AZ1027, Bakı şəh, Zığ şossesi, məhəllə 2236

Telefon: (+994 12) 379 03 57

Faks: (+994 12) 379 03 57

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet