Nəzrəddin Murad oğlu Əhmədzadə

Nəzrəddin Murad oğlu Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin bakalavr, 2005-ci ildə magistr pilləsini, 2012-ci ildə hüquq fakültəsini bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin rejim üzrə müavini, 2014-cü ilin iyunundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin rejim üzrə müşaviri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə Nəzrəddin Murad oğlu Əhmədzadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilmişdir.

Evlidir. 2 övladı var.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet