Fərhad Tofiq oğlu Quliyev

Fərhad Tofiq oğlu Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlamış, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilmişdir. 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışmış, 2012-ci ildən şirkətin Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2014-cü il tarixli Sərəncamı ilə Fərhad Tofiq oğlu Quliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilmişdir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet