× График движения Ro-Ro и паромов Отслеживание груза Расчет тарифов и продажа билетов Транспортные тарифы Электронная форма обращения для подрядчиков Обращение гражданина

Вакансии

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #542717
Əməyin ödənilmə dərəcəsi 5
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər 2,32 AZN (saatlıq tarif)
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq
Əmək şəraiti Sahil obyektləri; Normal
İş vaxtının norması Növbəli iş rejimi; İş vaxtı - saat 08:00-20:00; 20:00-08:00
Sığorta təminatı Var
Yataqxana təminatı Yoxdur
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi İlkin peşə (sahə üzrə)
Tələb olunan sertifikatlar Peşə üzrə təlim kurslarının keçirilməsi haqqında sertifikat üstünlükdür
Tələb olunan iş stajı 3 il (Sahə üzrə)
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Tələb olunmur
Əmək müqaviləsinin müddəti Müddətlidir
Vəzifə (peşə) təlimatı • Gərginliyi 15 kV-a qədər olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi,əsaslı təmiri, yığılması və mərkəzləşdirilməsi. Müdafiə vasitələrinin mürəkkəb qurğularında və avtomatika və telemexanika cihazlarında sxemlərin sazlanması və defektlərin aradan qaldırılması; • Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinin və maşın və aqreqatların və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqlar sxeminə xidmət. Gərginliyi 35 kV-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri; • Elektrik maşınlarının rotorlarının balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması;
Tələb olunan bilik və bacarıqlar Müxtəlif elektrik maşın, aparat, cihazların quruluşunu və elektrik sxemini; elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını;elektrik mühərrikləri və digər xidmət edilən elektrik avadanlıqlarının sxemini; müxtəlif sistem relelərinin quruluşunu və onların yoxlanılması üsullarını; Elektrik qurğularında istifadə edilən müdafiə vasitələrindən istifadə qaydalarını; işləyən elektrik avadanlıqlarına nəzarət və xidməti; yüksək tezlikli müdafiənin təyinatını və növlərini; nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını bilməlidir.