× График движения Ro-Ro и паромов Отслеживание груза Расчет тарифов и продажа билетов Транспортные тарифы Электронная форма обращения для подрядчиков Обращение гражданина

Вакансии

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #132600
Əməyin ödənilmə dərəcəsi 3
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər 3.31 AZN (saatlıq tarif)
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq
Əmək şəraiti Sahil obyektləri; Normal
İş vaxtının norması Həftəlik iş vaxtı norması - 40 saat; İş vaxtı - saat 08:00-17:00 ; nahar vaxtı - saat 12:00-13:00
Sığorta təminatı Var
Yataqxana təminatı Yoxdur
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi İlkin peşə
Tələb olunan sertifikatlar Peşə üzrə təlim kursları arzuolunandır
Tələb olunan iş stajı 1 il (Sahə üzrə)
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Tələb olunmur
Əmək müqaviləsinin müddəti Müddətlidir
Vəzifə (peşə) təlimatı • Müxtəlif markalı polad və xəlitələrdən olan 258 mm-dən yuxarı diametrli və korroziyaya davamlı polad və möhkəm xəlitələrdən olan 150 mm-dən yuxarı diametrli boruların tam hazırlanması, bir neçə çıxıntılı boruların gəmidə və sexdə maketləyici qurğuda uyuşdurulması; • Seqmentlərdən yığılan boruların və istənilən diametrli, xüsusilə, mürəkkəb fiqurlu məmulatların hazırlanması, yığılması və sınaqlarının həyata keçirilməsi. Ultrasəs defektoskopunun köməyi ilə bütün səth boyu boruların divarlarının qalınlığına nəzarət edilməsi.
Tələb olunan bilik və bacarıqlar • Xüsusilə, mühüm boru kəmərlərinin hazırlanması qaydalarını və onlara nəzarət metodlarını, hazır boruların təhvil verilməsi və qəbul edilməsi, gəmilərdə sistemin quraşdırılması qaydalarını, müxtəlif müstəvilərdə çoxsaylı əyrilikləri olan xüsusi mürəkkəblikli və mühüm borular üçün plaz nişanlanması qaydalarını; • Gəminin avadanlıqlarla tam təchiz olunmuş otaqlarda və su keçirməyən arakəsmələr olan yerlərdə boru kəmərləri xəttinin nişanlanması və çəkilməsi qaydalarını; • Yanalma və hərəkət sınaqlarının proqramını; gəmi rabitə vasitələri ilə komandaların qəbul edilməsi və qəza həyəcanı siqnalının fəaliyyət qaydalarını; Dövlət Registrinin qaydalarını bilməlidir.