× График движения Ro-Ro и паромов Отслеживание груза Расчет тарифов и продажа билетов Транспортные тарифы Электронная форма обращения для подрядчиков Обращение гражданина

Вакансии

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #929372
Vakansiyanın adı Bufetçi
Qurumun adı Dəniz Nəqliyyat Donanması
Qurumun struktur bölməsinin adı Üzən heyət
Qurumun ünvanı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi-2236
Vakansiyanın kateqoriyası Sıravi heyət
Əməyin ödənilmə dərəcəsi Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əmək şəraiti Dəniz
İş vaxtının norması Növbəli iş rejimi
Siğorta təminatı Tibbi sığorta
Təhsil səviyyəsi Peşə təhsili (sahə üzrə)
Tələb olunan sertifikatlar • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “Aşpaz” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük və tanker gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi.
Tələb olunan minimum iş stajı Bufetçi peşəsi üzrə ən azı 1 il
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Rus dili (yaxşı) ; İngilis dili (arzuolunandır)
Əmək müqaviləsinin müddəti Müddətli
Vəzifə (peşə) təlimatı Aşpazın göstərişi ilə mətbəx işlərini görmək. Mətbəxi, mətbəxin yardımçı otaqlarını və mətbəx qablarını təmiz saxlamaq. Bir aşpaz vəzifəsi olan gəmilərdə yeməklərin hazırlanmasında və paylanmasında aşpaza kömək etmək. Bufet məhsullarının lazımi temperaturda buraxılışı və süfrənin düzülüşü qaydaları. Müxtəlif içkilərin və şirələrin porsiyalara bölünməsi və müvafiq qablara tökülməsi. Qənnədı mallarının, meyvələrin tərtib olunması və buraxılışı.
Tələb olunan bilik və bacarıqlar Mətbəx işlərini, sanitar və gigiyena qaydalarını. Məhsulun saxlanma qaydaları və rejimini. Mətbəx avadanlıqlarının istismar olunması qaydalarını.
Qeyd 1 Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
Vakansiyanın elan olunma tarixi 2024-01-07
Son müraciət tarixi 2024-01-31