Вакансии
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #692835 |
Vakansiyanın adı | Matros |
Vakansiyanın məqsədi | Sıravi heyət üzrə gələcəkdə yaranacaq vakant yerlərin işçi ilə dərhal təmin edilməsi məqsədi ilə ASCO-nun Ehtiyat Kadr Bazasını formalaşdırmaq üçün |
Qurumun adı | ASCO-nun donanmaları |
Qurumun struktur bölməsinin adı | Üzən heyət |
Qurumun ünvanı | Bakı şəhəri, Zığ şossesi |
Vakansiyanın kateqoriyası | Sıravi heyət |
Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq |
Əmək şəraiti | Dəniz |
İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
Sığorta təminatı | Tibbi sığorta |
İş yerinə çatdırılma | Var |
Təhsil səviyyəsi | Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili |
Tələb olunan minimum iş stajı | Tələb olunmur |
Tələb olunan kompüter bilik səviyyəsi | MS Office (arzuolunandır) |
Tələb olunan xarici dil bilik səviyyəsi | Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır) |
Hərbi xidməti | Hərbi biletin təqdim edilməsi zəruridir |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | •Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək; •Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla); •Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq; •Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək. |
Tələb olunan bilik və bacarıqlar | Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini; fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir. |
Qeyd | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
Vakansiyanın elan olunma tarixi | 2023-06-14 |
Son müraciət tarixi | 2023-07-03 |