Вакансии
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #714950 |
Vakansiyanın adı | Motorçu |
Vakansiyanın məqsədi | Sıravi heyət üzrə mövcud və gələcəkdə yaranacaq vakant yerlərin işçi ilə dərhal təmin edilməsi məqsədi ilə ASCO-nun Ehtiyat Kadr Bazasını formalaşdırmaq üçün |
Qurumun adı | ASCO-nun donanmaları |
Qurumun struktur bölməsinin adı | Üzən heyət |
Qurumun ünvanı | Bakı şəhəri, Zığ şossesi |
Vakansiyanın kateqoriyası | Sıravi heyət |
Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq |
Əmək şəraiti | Dəniz |
İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
Sığorta təminatı | Tibbi sığorta |
Təhsil səviyyəsi | Gəmi mexanikası üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili |
Tələb olunan iş stajı | Tələb olunmur |
Tələb olunan kompüter bilik səviyyəsi | MS Office (arzuolunandır) |
Tələb olunan xarici dil bilik səviyyəsi | Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır) |
Hərbi xidməti | Hərbi biletin təqdim edilməsi zəruridir |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | •Bütün gəmi texniki vəsaitlərinə texniki xidmətdə və onların təmirində iştirak etmək; •Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarını, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını yerinə yetirmək; •Gəmi cədvəli üzrə növbə çəkmək. |
Tələb olunan bilik və bacarıqlar | Əsas və yardımçı mexanizmlərin, onların işini təmin edən texniki vasitələrin quruluşunu, onlara xidməti və onları idarəetməni; gəmi sistemi borularının və qapaqlarının yerləşməsini, təyinatını və onları idarəetməni; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin yerləşməsini, saxlanma yerlərini və onlardan istifadəni; maşın şöbəsinin elektrik avadanlıqlarına xidməti. |
Qeyd | Vakansiyanın tələblərinə uyğun olan namizədlərlə elektron poçt (mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır |
Vakansiyanın elan olunma tarixi | 2023-02-01 |
Son müraciət tarixi | 2023-02-15 |