Вакансии
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #412019 |
Vakansiyanın adı | Böyük mexanik |
Qurumun adı | Dəniz Nəqliyyat Donanması |
Qurumun struktur bölməsinin adı | Üzən heyət |
Qurumun ünvanı | Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi-2236 |
Vakansiyanın kateqoriyası | Komandir heyət |
Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və s | Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş ( USD ilə) |
Əmək şəraiti | Dəniz |
İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
Siğorta təminatı | Tibbi sığorta |
Təhsil səviyyəsi | Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə) |
Tələb olunan sertifikatlar | • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “3000 kV və artıq olan gəmilərdə Böyük mexanik” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük, tanker, bərə və ro-ro gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi. |
Tələb olunan minimum iş stajı | Böyük mexanik vəzifəsi üzrə ən azı 5 il |
Tələb olunan kompüter bilik səviyyəsi | MS Office |
Tələb olunan xarici dil bilik səviyyəsi | Rus dili (yaxşı) ; İngilis dili (yaxşı) |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | • Gəminin gövdəsi və texniki vasitələrinin istismar qaydalarına, gəmini inşa edən zavod tərəfindən təsdiq edilmiş digər normativ sənəd və təlimatlara uyğun olaraq texniki istismarına nəzarəti həyata keçirir; • Gəmiyə texniki xidmət və onun təmiri üzrə işləri planlaşdırır; bütün maşın şöbələrində yanğından mühafizə qaydalarına əməl olunmasının, tabeliyində olan heyət üzvlərinin gəminin davamlığı uğrundan mübarizəyə hazırlığını təmin edir; • Gəminin bütün hissələri üzrə təmir cədvəllərinin vaxtında tərtib edilməsinə, sahil müəssisələri, gəmi təmir briqadaları və gəmi mütəxəssisləri tərəfindən görülən işlərin keyfiyyətinə nəzarət edir; gəminin qəza vasitələri, ləvazimat, material, dəyişək-ehtiyat hissələri ilə vaxtında təchizatını, yanacaq, sürtgü yağı və mexaniki qurğunun tələbatı üçün alınmış suyun düzgün saxlanması, məsrəfi və uçotunu təmin edir; • Gəmi limana daxil olan və limandan çıxan zaman yanalma əməliyyatları yerinə yetirilərkən mexaniki qurğunun idarəsinə şəxsən rəhbərlik edir; körpücükdən verilən sərəncamların tez yerinə yetirilməsini, texniki tədrisin keçirilməsinin planlaşdırılmasını, maşın jurnalındakı gündəlik qeydlərin yoxlanılmasını və onun kapitana imzalanmağa təqdim edilməsini, gəminin gövdəsi və texniki vasitələrinin texniki istismarı və texniki vəziyyəti üzrə hesabat sənədlərinin aparılmasını təmin edir. |
Tələb olunan bilik və bacarıqlar | Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “Böyük mexanik” vəzifəsinə aid bütün tələbləri; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir. |
Vakant ştat sayı | 5 |
Qeyd 1 | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
Qeyd 2 | Müsabiqə zamanı hərbi bilet tələb oluna bilər |
Vakansiyanın elan olunma tarixi | 2022-06-20 |
Son müraciət tarixi | 2022-09-30 |