Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tütün çəkilməsinin sağlamlığa ziyanını qəbul edir.

Bu siyasət Cəmiyyətin bütün əməkdaşlarının, qonaqların, müştərilərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətinə yönəlmişdir.

Qadağan edilmiş yerlərdə tütün məmulatlarının istifadəsi əməyin və əmlakın, habelə yanğın və ekoloji təhlükəsizlik baxımından birbaşa risk yaradır.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn tələblərin icrası ilə əlaqədar, Cəmiyyət rəhbərliyi tütün məmulatlarının istifadəsinin dair siyasətini təsdiq etməklə, təyin olunmuş yerlər istisna şərti ilə digər yerlərdə tütündən istifadəni qadağan edir.

Gəmilərdə qadağan olunmuş yerlərdə mexaniki-elektron mənbəli alışqanlardan istifadə edilməsinə icazə verilmir.

Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə, gəmilərdə göstərilən yerlərdə, hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir.

Tütündən istifadəyə icazə verilmiş yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

Cəmiyyətin bütün əməkdaşları bu siyasətlə tanış edilməlidir. Bu siyasətin tələbləri sərnişinlərə, Cəmiyyətin qonarlarına, podratçılarına, subpodratçılarına, təchizatçılara da aiddir.

Bu siyasətin tələblərini pozan hər bir şəxs qüvvədə olan qanunvericiliyə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet