(ISM: Maddələr 1.2.1 – 1.2.2 – 1.2.3)
(ISO 14001:2004: Maddələr 4.4.1 – 4.4.2) (OCİMF qaydaları)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (mətndə Cəmiyyət) narkotik vasitələr, spirtli içkilər və qumar oyunları üzrə Siyasəti bütün ərazilərinə, gəmilərinə, işçilərinə və heyət üzvlərinə şamil olunur. Qanunla icazə verilən halda, Cəmiyyət narkotik vasitələrdən və spirtli içkilərdən istifadə yönümündə yoxlama hüququna malikdir. Dəniz/quru Mərhələ 1/2. Ref: SMS / TİS 2.01 §8.2 & SMS/TİS 1.01 §2.2

NARKOTİK VASİTƏLƏR
Hətta, məzuniyyətdə olan işçilər və heyət üzvləri tərəfindən gəmilərdə/limanlarda, ümumiyyətlə Cəmiyyətin bütün ərazilərində qanuni dərman preparatlarının xüsusi nəzarətsiz qəbulu, icazə verilməmiş narkotik vasitələrin istifadəsi, saxlanılması, paylanılması və satışı qadağandır.

Qeyri-qanuni narkotik vasitələrin istifadəçiləri və ya yaxın zamanlaradək narkotik maddələrdən istifadə etmələrinə dair məlumatlar olan, habelə reseptlə buraxılan dərman preparatlarından istifadə qaydalarını pozan şəxslər işə götürülməməlidir. Narkotik Vasitələr Siyasətini pozan hər hansı bir işçi aşkar edilərsə, O, dərhal işdən azad ediləcək və hüquqi müstəvidə ölçü götürülməsi üçün müvafiq orqanlara təhvil veriləcək. 

SPİRTLİ İÇKİLƏR
Dənizçilərin işinin spesifikasını nəzərə alıb, Cəmiyyətin bütün gəmilərində heyət üzvləri və sərnişinlər üçün spirtli içkilərin qəbulu QƏTİ QADAĞANDIR. Heç bir səbəbə görə Cəmiyyətin gəmilərində və sahil obyektlərində spirtli içkilərdən istifadəyə icazə verilmir. 

QUMAR OYUNLARI
İşçilər arasında mübahisələrin yaranmasına və bunula da iş prosesinin ahəngdarlığının pozulmasına səbəb ola biləcəyindən bütün qumar oyunları QADAĞANDIR.

CƏMİYYƏTİN RƏHBƏRLİYİ YUXARIDA QEYD OLUNAN QAYDA VƏ TƏLƏBLƏRİ POZAN ŞƏXSLƏRƏ QARŞI İNZİBATİ TƏDBİRLƏR GÖRƏCƏK.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet