ASCO-ya işə qəbul olunmaq üçün nə etməliyəm?

ASCO-nun www.asco.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Vakansiyalar” hissəsini mütəmadi izləməli, ixtisas və peşənizə uyğun vakansiyanın tələbləri ilə tanışlıqdan sonra elektron müraciət formasını doldurub, işə qəbul müsabiqəsində iştirak etməlisiniz. İşə qəbulla bağlı daha ətraflı məlumatı veb-saytımızın “Karyera” bölməsinin “İşə qəbul prosesi” bölümündən əldə edə bilərsiniz.

ASCO-ya CV və ya anket formasını necə göndərə bilərəm?

ASCO-da işə qəbul yalnız www.asco.az saytının “Karyera” bölməsindən elektron müraciət formasını doldurmaqla həyata keçirilir. Elektron poçt (E-mail), faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər və yazılı ərizələr ASCO-ya işə qəbulla bağlı müsabiqədə iştirak üçün əsas götürülmür.

ASCO-da vakansiyalar haqqında məlumatı necə ala bilərəm?

Vakansiyalar haqqında məlumatı www.asco.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünün “Vakansiyalar” hissəsindən əldə edə bilərsiniz.

Mən yenidən ASCO-ya işə bərpa olunmağım üçün nə etməliyəm?

Sizin ASCO-da əmək münasibətlərinizə xitam verilibsə, Cəmiyyətdə yenidən işlə təmin olunmaq üçün şirkətin www.acsc.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünü mütəmadi izləməli, peşə və ixtisasınıza uyğun vakansiyalar olduqda, elektron müraciət formasını doldurmaqla müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, əmək münasibətlərinizə xitam verilən zaman şirkətlə razılaşma protokoluna əsasən, Sizə müvafiq kompensasiya ödənilibsə, ASCO namizədliyinizə baxmamaq hüququnu özündə saxlayır.

Mən ASCO yaranan dövrdə ixtisara düşmüşəm, yenidən işlə təmin olunmaq üçün nə etməliyəm?

ASCO yaranan dövrdə Sizin əmək münasibətlərinizə xitam verilibsə, Cəmiyyətdə yenidən işlə təmin olunmaq üçün www.acsc.az saytının “Karyera” bölməsinin “İşə qəbul” bölümünü mütəmadi izləməli, peşə və ixtisasınıza uyğun vakansiyalar olduqda, elektron müraciət formasını doldurmaqla müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, əmək münasibətlərinizə xitam verilərkən, şirkətlə razılaşma protokoluna əsasən, Sizə müvafiq kompensasiya ödənilibsə, ASCO namizədliyinizə baxmamaq hüququnu özündə saxlayır. Bundan başqa, “ASCO İRİD-də ixtisara düşmüş işçilərin ehtiyat bazası yaradılmışdır ki, profilinizə uyğun vakansiya olanda Sizinlə əlaqə saxlanacaqdır.

ASCO-nun kadr ehtiyatı bazasına qeydiyyata düşmək üçün nə etməliyəm?

ASCO-nun www.asco.az korporativ veb səhifəsində vakansiyalar üzrə etdiyiniz müraciətlə işə qəbul müsabiqəsinə çağırılmasanız belə, profiliniz uyğundursa, kadr ehtiyatı bazasında qalır və münasib vakansiya olanda Sizinlə əlaqə saxlanılır.

Başqa işə keçirilmə qaydaları ASCO-da necə tənzimlənir?

Müəssisə daxilində başqa işə keçirilmə struktur bölmələrin rəhbərlərinə həvalə edildiyinə görə, Siz başqa işə keçirilmə ilə bağlı işlədiyiniz müəssisənin rəhbərliyinə müraciət edə bilərsiniz. ASCO-da ixtisasınız istiqamətində yenidən işə qəbul edilməyinizlə bağlı isə Cəmiyyətin www.asco.az saytına daxil olmaqla müvafiq vakansiyalar haqqında məlumat ala bilərsiniz.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet