“Gəmi əczaxanasındakı dərmanlar və istifadə qaydaları” kitabı nəşr edilib

23.02.2021

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü ilə “Gəmi əczaxanasındakı dərmanlar və istifadə qaydaları” kitabı nəşr olunub.

Kitab Ümumdünya Səhiyyə Təşkilatının “Gəmi Tibbi üzrə Beynəlxalq rəhbər prinsipləri”nin üçüncü nəşrinin “gəmi əczaxanasında olması tövsiyə edilən dərmanlar” fəsilinin əsasında yazılıb.

Nəşrdə təqdim edilən tövsiyələr Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Şurası və Ümumdünya Səhiyyə Assambleyası dənizçilərin səhhətlərinin yaxşılaşdırılması ilə bağlı qəbul etdiyi qətnamələri (WHA14.51, EB29.R10, WHA15.21, EB37.R25, EB43.R23) və sənədləri əsas götürür. Həmçinin bu kitab “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 №-li qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun olaraq hazırlanıb.

Kitabın layihə rəhbəri ASCO-nun əməkdaşı, həkim Adıgözəl Məmmədovdur.

“Gəmi əczaxanasındakı dərmanlar və istifadə qaydaları” kitabının elektron variantını BURADAN oxuya bilərsiniz.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Neftçilər pr-ti, 2

Elektron bilet