× Schedule of Ro-Ro and ferryboats Cargo tracking Tariff calculation and ticket sales Transportation tariffs Application form for suppliers Citizen application

Vacancy

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #742986
Əməyin ödənilmə dərəcəsi Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə uyğun
Əmək şəraiti Sahil obyektləri
İş vaxtının norması Həftəlik 40 saat, 5 gün (saat 08.00-17.00)
Sığorta təminatı Var
Yataqxana təminatı Yoxdur
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Peşə-ixtisas
Tələb olunan iş stajı Sahə üzrə minimum 1 il
Tələb olunan kompüter bilik səviyyəsi Tələb olunmur
Tələb olunan xarici dil bilik səviyyəsi Tələb olunmur
Əmək müqaviləsinin müddəti Müddətlidir
Vəzifə (peşə) təlimatı • Suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: məhsuldarlığı 300 kub metr/saatdan artıq olan qurğuda (aqreqatda) xlorlaşdırma, duzsuzlaşdırma. Kationit və anionit süzgəclərdə və adsorbsiya kalonlarında olan ion mübadilə metodu ilə suyun dərin duzsuzlaşdırılması prosesinin aparılması; • Reqlamentdə nəzərdə tutulmuş texnoloji rejimin parametrlərinə - regenerasiya edən məhlulların qatılığına, temperaturuna, təzyiqə, suyun verilmə sürətinə, nəzarət-ölçü cihazlarının göstəricilərinə və kimyəvi analiz nəticələrinə görə nəzarət edilməsi; • Duzsuzlaşdırılmış suyun elektrik keçiriciliyinin ölçülməsi, tələb olunan xammal miqdarının və məhlul çıxışının hesablanması. Çəkilmiş koaqulyasiya hissəciklərin sudan çıxarılması və soda-əhənglə suyun yumşaldılması. Daxil olan suyun keyfiyyəti dəyişdikcə suyun kimyəvi təmizlənməsinin bütün rejiminin dəyişdirilməsi;
Tələb olunan bilik və bacarıqlar • Xidmət etdiyi aparatların quruluşu haqqında əsas məlumatları; su kəmərlərinin və armaturların yerləşməsini; xlorlanan məhsulların konsentrasiyasını; suyun kimyəvi təmizlənməsi prosesinin tənzimlənmə qaydalarını; xidmət edilən avadanlığın kinematik sxemlərini; təhlil və hesablamaların aparılma metodikasını bilməlidir.