Vacancy
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #542717 |
Əməyin ödənilmə dərəcəsi | 5 |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | 2,32 AZN (saatlıq tarif) |
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair | Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq |
Əmək şəraiti | Sahil obyektləri; Normal |
İş vaxtının norması | Növbəli iş rejimi; İş vaxtı - saat 08:00-20:00; 20:00-08:00 |
Sığorta təminatı | Var |
Yataqxana təminatı | Yoxdur |
İş yerinə çatdırılma | Var |
Təhsil səviyyəsi | İlkin peşə (sahə üzrə) |
Tələb olunan sertifikatlar | Peşə üzrə təlim kurslarının keçirilməsi haqqında sertifikat üstünlükdür |
Tələb olunan iş stajı | 3 il (Sahə üzrə) |
Tələb olunan kompüter bilik səviyyəsi | Tələb olunmur |
Tələb olunan xarici dil bilik səviyyəsi | Tələb olunmur |
Əmək müqaviləsinin müddəti | Müddətlidir |
Vəzifə (peşə) təlimatı | • Gərginliyi 15 kV-a qədər olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi,əsaslı təmiri, yığılması və mərkəzləşdirilməsi. Müdafiə vasitələrinin mürəkkəb qurğularında və avtomatika və telemexanika cihazlarında sxemlərin sazlanması və defektlərin aradan qaldırılması; • Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinin və maşın və aqreqatların və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqlar sxeminə xidmət. Gərginliyi 35 kV-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri; • Elektrik maşınlarının rotorlarının balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması; |
Tələb olunan bilik və bacarıqlar | Müxtəlif elektrik maşın, aparat, cihazların quruluşunu və elektrik sxemini; elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını;elektrik mühərrikləri və digər xidmət edilən elektrik avadanlıqlarının sxemini; müxtəlif sistem relelərinin quruluşunu və onların yoxlanılması üsullarını; Elektrik qurğularında istifadə edilən müdafiə vasitələrindən istifadə qaydalarını; işləyən elektrik avadanlıqlarına nəzarət və xidməti; yüksək tezlikli müdafiənin təyinatını və növlərini; nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını bilməlidir. |