Vacancy
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #317032 |
Vakansiyanın adı | İkinci mexanik |
Qurumun adı | Dəniz Nəqliyyat Donanması |
Qurumun struktur bölməsinin adı | Üzən heyət |
Qurumun ünvanı | Bakı şəhəri, Zığ şossesi-2236 |
Vakansiyanın kateqoriyası | Komandir heyət |
Əməyin ödənilmə dərəcəsi | 12 |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | 866 AZN ( vəzifə maaşı) 400 AZN (vəzifə maaşına əlavə) |
Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və s | Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş - 34 USD (vergidən azad) |
Əmək şəraiti | Dəniz |
İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
Siğorta təminatı | Tibbi sığorta |
İş yerinə çatdırılma | Var |
Təhsil səviyyəsi | Ali və ya orta ixtisas dənizçilik təhsili (sahə üzrə) |
Tələb olunan sertifikatlar | •İkinci mexanikin işçi diplomu (Dövlət Dəniz Agentliyi tərəfindən verilir) •Dənizçi pasportu (Dənizçinin qeyd kitabçası) • SOLAS (Yanğınla mübarizə üzrə geniş proqram; sürətli olmayan qayıq və sallar üzrə mütəxəssis; neft və kimyəvi maddələri daşıyan tankerlərdə yük əməliyyatlarına dair ilkin hazırlıq; neft tankerlərində yük əməliyyatlarına dair geniş proqram üzrə hazırlıq; təhlükəli və zərərli yüklərin daşınması, böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq; izdihamın idarəolunması üzrə hazırlıq; sərnişinlərin, yükün və gövdənin təhlükəsizliyi üzrə hazırlıq) • Gəmidə ilk tibbi yardım • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat • Əmniyyətli idarəetmə üzrə beynəlxalq məcəllə • Maşın şöbəsinin resurslarının idarə edilməsi • Liderlik və birgə iş fəaliyyəti • Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı • İxtisasartırma və təkmilləşdirmə kursları |
Tələb olunan minimum iş stajı | 3 il (sahə üzrə) |
Tələb olunan kompüter bilik səviyyəsi | MS Office |
Tələb olunan xarici dil bilik səviyyəsi | Rus və İngilis dilləri (orta səviyyədə) |
Hərbi xidməti | Vacibdir |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | • Gəmi texniki vasitələrinin texniki istismarı qaydalarının yerinə yetirilməsini təmin edir, hamiliyində olan texniki vasitələrin aşkar edilmiş nöqsanlarını aradan qaldırır, mexaniki qurğunun iş planını tərtib edir və onu təsdiq etmək üçün böyük mexanikə təqdim edir; böyük mexaniklə razılaşdırmaqla tabeliyində olan heyət üzvlərinin iş və istirahət vaxtlarının uçotunu aparır; • Silindrin, əsas mühərrikin, turbin gövdəsinin və başqa əsas mexanizmlərin bağlanmasında, həmçinin, onların sınaq üçün işə salınmasında və təmir-profilaktika işlərinin yerinə yetirilməsindən sonra işə salınmasında iştirak edir; hamiliyində olan sahə üzrə təmir cədvəllərini tərtib edir, sahil və gəmi mütəxəssisləri tərəfindən yerinə yetirilən texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarət edir, eyni zamanda, tabeliyində olan heyət üzvlərinin işinə bilavasitə rəhbərlik edir; • Mexaniki qurğunun təlabatı üçün lazım olan dəyişək-ehtiyat hissələri, ləvazimat, material, sürtgü yağını sifariş verir, onların qəbulunu və uçotunu təmin edir; işlərin təhlükəsiz görülməsini, yanğından mühafizə qaydalarının, təhlükəsizlik texnikası qayda və təlimatlarının yerinə yetirilməsini təmin edir, maşın şöbələrindəki qaldırıcı mexanizm və qurğuların saz vəziyyətdə olmasına nəzarət edir; • Yük sahələrini və sistemlərinin sınağını keçirir, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər görür, öz sahəsi üzrə təyin olunmuş texniki sənədləri tərtib edir. |
Tələb olunan bilik və bacarıqlar | Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qərarları və sərəncamları; gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini; texniki xüsusiyyətlərini, gəmi inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri; dəniz donanması gəmilərində xidmət Nizamnaməsini; iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir. |
Vakant ştat sayı | 5 |
Vakansiyanın elan olunma tarixi | 31.08.2020 |
Son müraciət tarixi | 30.09.2020 |