Hazırda Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün iki ədəd unikal tanker tikilir.

Altı yük tankı olan sözügedən tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək.  Yeni tankerlər Xəzərdə suyun mövcud səviyyəsində, az saya oturumla maksimum çox yük götürə bilən nadir gəmilər olacaq. tankerlərin digər texniki xarakteristikaları eyni saxlanılmaqla, yükgötürmə qabiliyyəti 8 min tonadək artırılacaq. Uzunluğu 141, eni 16.9 metr, dedveyti 8009/5580 ton, sürəti 10 uzel olacaq.

Layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanan tankerlərin 2019-cı ildə  təhvili planlaşdırılır.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet