Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərə inşa olunur.

Unikal dizayna malik gəmilər texniki göstəricilərinə görə geniş imkanlara malik olacaq.  Uzunluğu 154,5, eni 17,7 metr olacaq gəmilərin sürəti 14 uzelə çatacaq. Gəmilər  56 çən, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını  və 100 sərnişin daşıya biləcək. Heyət sayı isə 30 nəfərdən ibarət olacaq.

Yeni nəsildən olan bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə  birgə hazırlanıb.

Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir.

Gəmi-bərələrin tikintisi üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu arasında müqavilə 2016-cı ilin oktyabrında imzalanıb, ilk polad lövhələrin kəsimi isə 2017-ci ilin martında həyata keçirilib.

İlk gəminin 2020 ilin sentyabrında, digərinin isə 2020-ci ilin yanvarında təhvili planlaşdırılır.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet