Dənizçilərə yubiley medalı təqdim olundu

23.01.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarına Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Təqdimetmə mərasimində ASCO sədrinin birinci müavini Mübariz Cabbarov ölkəmizdə gəmiçilik sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.  O, mükafatçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yubiley medalına layiq görülənlər öz növbəsində əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə söz veriblər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet