Dənizçilər “YAŞAT” Fonduna ianə ediblər

09.01.2021

Daim sosial həmrəylik nümayiş etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna əmək haqlarından könüllü olaraq vəsait köçürüblər.

ASCO ailəsinin üzvləri ümumilikdə “YAŞAT” Fonduna  548 min 187 manat məbləğində ianə ediblər.

ASCO kollektivi olaraq Vətən müharibəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir,  onların ailələrinə və yaxınlarına başsağlığı verir, döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyirik.  Vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daim hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etməyi missiyamız hesab edirik.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet