Dayanıqlı İnkişaf Siyasətimiz
DAYANIQLI İNKİŞAF SİYASƏTİMİZ
Siyasətin məqsədi:
Əsas biznes-kommersiya fəaliyyətinin yerinə yetirilməsi ilə bərabər ətraf mühitin mühafizəsinin, məhdud resurslardan səmərəli istifadə olunmanın, dayanıqlı inkişaf prinsiplərinin ümumi dəyər zəncirinə inteqrasiyasının, korporativ sosial məsuliyyətin, eləcə də dayanıqlılıq prinsiplərinə uyğun şəkildə Gəmiçiliyin cəmiyyətə və səhmdara uzunmüddətli fayda gətirməsininin təmin edilməsi.
Siyasətin əhatə dairəsi:
Gəmiçiliyin dayanıqlı inkişaf siyasəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün struktur vahidlərini, hər növ kommersiya və qeyri-kommersiya fəaliyyətini, eləcə də daxili və xarici olmaqla, bütün birbaşa və dolayı maraqlı tərəflərlə münasibətləri əhatə edir.
Dayanıqlı inkişaf hədəfimiz:
Biz bütün dəyər zənciri boyu dayanıqlı inkişaf prinsiplərinə riayət etməyi qarşımıza məqsəd qoymuşuq. Fəaliyyətimizdə təbiətin və insan kapitalının əhəmiyyətini dərk edirik və bu istiqamətdə ola biləcək hər hansı mənfi təsirin minimuma endirilməsi davamlı və uzunmüddətli hədəfimizdir.
Dayanıqlı inkişaf prinsiplərimiz:
ASCO-nun Dayanıqlı İnkişaf Siyasəti ekoloji, sosial və iqtisadi olmaqla 3 aspekti əhatə edir:
Ekoloji aspektdə dayanıqlı inkişaf prinsiplərimiz: |
Sosial aspektdə dayanıqlı inkişaf prinsiplərimiz: |
İqtisadi aspektdə dayanıqlı inkişaf prinsiplərimiz: |
|
|
|