“Dənizçi təmir-tikinti” MMC
“Dənizçi təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas məqsədi ASCO-nun törəmə hüquqi şəxsləri, tabeliyində olan təşkilatları, o cümlədən kənar hüquqi və fiziki şəxslər üçün təmir, tikinti-quraşdırma, dizayn işlərinin yerinə yetirilməsindən ibarətdir.
MMC-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
– şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq bütün növ təmir və tikinti-quraşdırma (bina və qurğuların inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya söküntüsü) işlərinin yerinə yetirilməsi, o cümlədən aşağıdakı işlərin həyata keçirilməsi:
– müvafiq dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işləri;
– torpaq və daş-hörgü işləri;
– dirək (svay), dam örtük və bəzək tamamlama işləri;
– monolit beton və dəmir-beton konstruksiyaların qurulması, yığma beton və dəmir-beton konstruksiyaların quraşdırılması, habelə metal konstruksiyaların yerində hazırlanması və quraşdırılması;
– daxili mühəndis sistem və avadanlıqlarının quraşdırılması;
– texnoloji avadanlıqların, boru kəmərlərinin və konstruksiyaların qorunması üçün antikorroziya örtüklərinin çəkilməsi;
– açıq və qapalı akvatoriyalarda dəniz və çay hidrotexniki qurğularının tikintisində hidrotoxniki işlər;
– sənaye, mülki və ictimai obyektlərin, habelə yolların tikintisi.
– müvafiq layihəyə uyğun olaraq əsaslı təmir işlərinin həyata keçirilməsi, o cümlədən layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi;
– müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi;
– konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədən vaxtaşırı təmir-tikinti, habelə tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi;
– müxtəlif növ tikinti, təmir işləri üçün dizayn xidmətlərinin yerinə yetirilməsi;
– tikinti işlərinin həyata keçirilməsi ilə bağlı şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulmuş müvafiq sənədlərin tərtib edilməsi, habelə obyektlərin istismara qəbulu üçün sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim olunması;
– fəaliyyət növləri üzrə baş podratçı funksiyalarının yerinə yetirilməsi.