× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Mahmud Rəhimov” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Mahmud Rəhimov” universal quru yük gəmisi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb.

Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub və yeni avadanlıqlarla, mebellə təchiz edilib.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən yükdaşımalara cəlb edilib. Gəmi artıq ilk səfərinə çıxaraq Türkmənistanın Bektaş limanından Hövsan limanına doğru üzür.

Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5, eni 16,5 metrdir, onun yükgötürmə qabiliyyəti 4100 tondur.