Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-da ekologiyaya zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür 16.12.2021 14:20 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. 2021-ci ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ASCO gəmilərindən 43,762 m³ plastmas, 450,516 m³ qida qalığı, 364,314 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 63,89 m³ istismar tullantısı, 465 m³ neft qalığı, 5101,7m³ döşəməaltı lyal sular, 72260,63 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb. Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 100,2 m³ çən dibində formalaşmış neftli şlam, 7,98 ton yanmış qəlib qumu, 983,5 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 52416,61 ton məişət çirkab suyu, 736 ton neftli döşəməaltı-lyal su, 151,547 ton sürtgü yağı, 2719,42 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 870,96 m³ qida qalığı, 125,37 m³ polimer əsaslı və plastmas tullantı, 73,6518 m³ yağlı və neftli tullantı, 62,1 m³ müxtəlif rezin tullantı, 83 ədəd akkumulyator və halvanik element, 495,76 m³ istismar tullantı, 23,25 m³ elektron tullantı, 0,245 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib. Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 67,78 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib. İlin doqquz ayında ümumilikdə 1,855 ton kağız, 0,9902 ton plastmas, 4471,234 ton qara metal, 11, 217 ton əlvan metal isə təkrar emala göndərilib.