Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Gəmiçiliyin 2016-2017-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub 28.09.2018 09:39 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2016-2017-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı hazırlanıb. Dayanıqlı inkişaf haqqında hesabat iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini tam şəffaf açıqlayır, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, korporativ idarəetmə, personalın idarə olunması və sosial sahələrdə yerinə yetirilmiş işləri, əldə olunmuş nailiyyətləri əhatə edir. Hesabat beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb, “Ernst&Young” şirkəti tərəfindən audit olunaraq müsbət rəy alıb, şəffaflıq prinsiplərinə uyğun olaraq AXDG-nin rəsmi internet səhifəsində yerləşdirilib. Qeyd edək ki, AXDG fəaliyyətinin ilk günlərindən Azərbaycanda gəmiçilik sahəsində aparıcı beynəlxalq təcrübənin tətbiqinə, beynəlxalq standartların tələblərinə uyğun korporativ idarəetmə sisteminin təşkilinə ciddi diqqət ayırır və mütəmadi olaraq bu istiqamətdə işləyir. Məhz Gəmiçilik sahəsində şəffaflığın təmin edilməsi məqsədi ilə 2014-cü ildən beynəlxalq standartlara (MHBS və ya İFRS) uyğun tərtib edilmiş maliyyə hesabatları ilə yanaşı, AXDG-də iki illik dövrü əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatların hazırlanmasına başlanılıb. Gəmiçiliyin 2014-2015-ci illəri əhatə edən ilk Dayanıqlı inkişaf haqqında hesabatı 2016-cı ildə hazırlanıb, beynəlxalq audit şirkəti tərəfindən audit olunaraq müsbət rəy təqdim edilib və Gəmiçiliyin rəsmi internet səhifəsində yerləşdirilib. Bununla da, AXDG Xəzər hövzəsində sosial korporativ məsuliyyəti üzrə fəaliyyətinə dair Dayanıqlı İnkişaf haqqında Hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olub. Hesabatın elektron variantı ilə linkdən tanış ola bilərsiniz: