Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-da Vətən müharibəsində canlarından keçən Şəhidlər bir dəqiqəlik sükutla yad edilib 27.09.2021 14:26 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Vətən müharibəsində canlarından keçən Şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Sentyabrın 27-si saat 12:00-da Xəzərdə və Xəzərdən kənar sularda üzən ASCO-nun gəmilərindən fasiləsiz fit səsi verilib. Bununla belə, ASCO-da və strukturlarda çalışan əməkdaşlar Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsinə qoşulublar. Allah bütün Şəhidlərə rəhmət etsin!