× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

TBNM-ə üzv ölkələrin nümayəndələri “Suraxanı” gəmi muzeyini ziyarət ediblər

Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının iştirakçıları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və Polşadan olan dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri və nümayəndələrini  ASCO-nun sədri Rauf Vəliyev  qarşılayaraq, onları dünyanın ilk tanker-muzeyi sayılan “Suraxanı” gəmi-muzeyində görməkdən şad olduğunu bildirib. 

Sədr qonaqlara muzey haqqında ətraflı məlumat verib. Bildirib ki, “Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin  beynəlxalq standartlara cavab verməsi məqsədilə  100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. 

Daha sonra ziyarətçilər Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks olunduğu ekspozisiya zalları ilə yaxından tanış olublar. Muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər qonaqların böyük marağına səbəb olub.

İclas iştirakçıları dünyanın ilk tanker muzeyini ziyarətdən razı qaldıqlarını bildirib və xatirə kitabında öz xoş təəssüratlarını qeyd ediblər.

TBNM nümayəndələrinə muzeyə aid çap nəşrləri  və suvenirlər hədiyyə olunub.