Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO tullantıların ekologiyaya mənfi təsirlərinin minimuma endirilməsini diqqətdə saxlayır 11.08.2021 09:40 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. 2021-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, ASCO gəmilərindən 22,64 m³ plastmas, 251,23 m³ qida qalığı, 180,7 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 32,57 m³ istismar tullantısı, 125 m³ neft qalığı, 3662,7 m³ döşəməaltı lyal sular, 4855,74 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb. Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 76,2 m³ çən dibində formalaşmış neftli şlam, 4,18 ton yanmış qəlib qumu, 660 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 29668,29 ton məişət çirkab suyu, 531 ton neftli döşəməaltı-lyal su, 118,647 ton sürtgü yağı, 1201,59 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 597,69 m³ qida qalığı, 50,02 m³ polimer əsaslı və plastmas tullantı, 11,3019 m³ yağlı və neftli tullantı, 27,2 m³ müxtəlif rezin tullantı, 63 ədəd akkumulyator və halvanik element, 302 ,01 m³ istismar tullantı, 5,25 m³ elektron tullantı, 0,22 m³ tibbi tullantı aidiyyatı üzrə təhvil verilib. Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 40,11 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib. İlin ilk altı ayında ümumilikdə 0,88 ton kağız, 0,5612 ton plastmas, 1966,54 ton silinmiş qara metal, 8, 752 ton əlvan metal isə təkrar emala göndərilib.