Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-da bir qrup şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib 23.06.2021 15:55 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində milli həmrəylik prinsipindən çıxış edərək Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğunun təminatına dəstək göstərib. ASCO-üzrə postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 42 nəfər işlə təmin olunub. İşə götürülənlərdən 5-i Şəhid ailəsi üzvü, 37-si Vətən müharibəsi iştirakçısıdır. Bundan başqa, onu da qeyd edək ki, ASCO Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”na da qoşulub. Belə ki, Nazirliyin elektron sisteminə ASCO tərəfindən müxtəlif vəzifələr üzrə vakansiyalar təqdim olunub. ASCO Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbəmizin qəhrəmanlarının – 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin işlə təminatı üçün tədbirləri bundan sonra da davam etdirəcək.