× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Suraxanı” gəmi-muzeyini bir ayda 3000-dən çox insan ziyarət edib

Bu gün dünyada ilk tanker-muzeyin ziyarətçilər üçün açıq elan olunmasından bir ay keçir. Mayın 10-dan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  (ASCO)  “Suraxanı” gəmi-muzeyi ümumilikdə 3851 nəfər ziyarət edib. Onlardan 117 nəfəri şəhid və qazi ailələrinin üzvləridir.Gəmi-muzeyi ziyarət edən məktəblilərin sayı isə 1000 nəfərdən çoxdur.

Qeyd edək ki, biletlərin qiyməti də münasibdir:fərdi ziyarətçilər üçün 5 AZN, qruplar (seanslar) üzrə ziyarətçilər üçün 3 AZN  müəyyənləşdirilib. Tələbə və məktəblilər, ASCO-nun əməkdaşları və dənizçiləri, eləcə də onların ailə üzvləri  2 AZN ödəməklə muzeylə tanış ola bilirlər.

Bununla belə, Azərbaycanın Milli Qəhrəmanları, şəhid ailələri, Sovet İttifaqı Qəhrəmanları, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri iştirakçıları, 20 Yanvar və Çernobıl əlilləri, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən şəxs (1 nəfər), veteran dənizçilər “Suraxanı” gəmi-muzeyinə ödənişsiz və növbəsiz giriş hüququna malikdirlər.

Ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanış olmaq imkanı qazanırlar.