× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür

Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (Cəmiyyət) üçün əsas davamlı inkişaf meyarlarından biridir. AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Cari ilin yanvar – may aylarının nəticələrinə görə, Cəmiyyətin həm sahil, həm də dəniz obyektlərində formalaşan 59194.75 ton çirkab məişət-təsərrüfat suyu, 3154 ton neftli döşəməaltı su, 125,45 ton işlənmiş sürtgü yağı, 24,1 ton yağlı əski, 12,49 ton sintetik propilen buraz kəndir qalığı bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil  verilməklə  ərazilərimizdən  kənarlaşdırılıb.

Həmçinin, 71 ədəd yararsız akkumulyator, 48,02 ton rezin tullantısı, 136 ədəd yanacaq, 362 ədəd yağ və 231 ədəd hava süzgəcləri, 9,5 ton yararsız təşkilati avadanlıq və toner-katric, 36,86 ton keramik qırıntı, 6 ton asbest qalığı, 36 ton işlənmiş boya qabı və boya tullantıları, 177,48      ton taxta tullantı, 25,0 ton tibbi tullantı, 84,98 ton şüşə qırığı, 129,44 ton sellüloz (kağız-karton)  tullantısı, 172,62 ton tekstil parça qalığı, 116,47ton polimer əsaslı və plastmas tullantı, 409,22 ton qida qalığı aidiyyəti  üzrə  təhvil  verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 0,95 ton neft-su qarışığı və 13,35 ton müxtəlif   ölçülü  əşyalar  yığılıb  təhvil  verilib.