Xəbərlər
![](https://www.asco.az/sites/default/files/asco-ichsehife.jpg)
ADDA-da 2020/2021-ci tədris ilinin yaz semestri fevralın 15-dən başlanır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2020/2021-ci tədris ilinin yaz semestri fevralın 15-dən başlanır.
Koronavirus pandemiyası ilə əlaqədar bakalavriat səviyyəsində dərslər ötən semestr olduğu kimi “Microsoft Teams” platforması üzərindən onlayn qaydada keçiriləcək. Magistratura səviyyəsində isə dərslər hər qrupda 5 nəfərdən çox olmamaq şərtilə ənənəvi qaydada təşkil olunacaq.
ADDA-ya giriş-çıxış zamanı bütün lazımi karantin qaydalarına əməl edilməsi zəruridir.