Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Ötən il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 46 gəmi təmir olunub 01.02.2021 09:28 Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 46 müxtəlif təyinatlı gəmi təmir edilib. Gəmilərin 8-i əsaslı, 20-si tərsanə, 18-i cari təmir olunub. Bu üzən vasitələrin 32-si ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 12-si Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aiddir. Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib. ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.