Xəbərlər

Prezident İlham Əliyev bir qrup dənizçinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb
Azərbaycan Respublikası Prezidentini İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Əliyev Vahid Zahid oğlu
Orucov Knyaz Osman oğlu
Trişev Nikolay İvanoviç
Şıxəliyev İlqar Rəhman oğlu
Vəliyev Seyfulla Gülməmməd oğlu
“Tərəqqi” medalı ilə
Allahverdiyev Cəmil Əmiraslan oğlu
Aslanov Əlmədəd Davud oğlu
Babayev Hüsaməddin Rüstəm oğlu
Əliyev Allahverdi Rəşid oğlu
Əliyev Ələddin Əlidadaş oğlu
Əskərov Teyyub Əli oğlu
Hacımuradov Əlyar Hacıbaba oğlu
Hacıyev Elxan İslam oğlu
Hüseynov Şıxbala Novruz oğlu
Hüseynov Vaqif Şirvan oğlu
Hüseynova Leyla Rafiq qızı
Xangəldiyev Salam Xanəli oğlu
Xəlilov Ramil Əhməd oğlu
Qurbanov Piralı Süleyman oğlu
Mehrəliyev Şəmsəddin Dadaş oğlu
Mustafayev Vüsal Oktay oğlu
Sadıqov Əmrullah Yusif oğlu
Srebnaya Tatyana Vladimirovna
Süleymanov Süleyman Tələt oğlu
Şaydulov Rivkat Qarifoviç
Yusifov Ağalar Əsəd oğlu.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladağı daha bir Sərəncama əsasən isə R.Q.Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilib.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Rəfail Qərib oğlu Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilsin.
Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Həsənov Şəmistan Hüseyn oğlu
Musayev Aslan Əjdər oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2018-ci il.