× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dənizçilər könüllü qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçuların qan və qan komponentlərinə olan tələbatının yaxşılaşdırılması məqsədilə könüllü qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyası ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda və “Bibiheybət” Gəmi Təmiri Zavodunda təşkil olunub.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan bankının həkim transfuzioloqu Kazım Quliyevin rəhbərliyi ilə  həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin qaydalarından irəli gələn bütün tədbirlərə əməl olunub.